Автор: Мамедова Тамила Бабаевна
Должность: учитель азербайджанского языка и литературы
Учебное заведение: МБОУ СОШ №11
Населённый пункт: г. Дербент
Наименование материала: методическая разработка
Тема: Отрывок из произведение Низами Гянджеви "Добро и Зло"
Nizami Gəncəvinin "Xeyir və şər" məzmun hekayəsində xeyirin şər üzərində qələbəsi
Azərbaycan ədəbiyyatınm ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvidir. O,
xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük parlaq sima, nadir sənət dahisidir. Ədəbi
yaradıcılığa hələ gənc yaşlarından başlayan Nizami yüksək əxlaqi-tərbiyəvi məzmunlu qəzəl,
qəsidə və rübailəri ilə çox tez tanınmış, məşhurlaşmışdır. Lakin Nizamini dünya ədəbiyyatında
şöhrətləndirən, şübhəsiz ki, onun poemalarıdır.
Böyük şair bütün ömrü boyu beş yüksək sənət incisi, beş poema yazmışdır ki, bu da
sonralar «Xəmsə» adı ilə dünya şöhrəti qazanmışdır. Nizaminin ən gözəl əsərlərindən biri «Yeddi
gözəl» poemasıdır. Bu poemanın əsasını Sasani hökmdarlarından olan Bəhram Gurla bağlı
əhvalatlar, eləcə də yeddi ölkənin gözəl şahzadə qızlannın ona danışdığı nağıl və hekayələr təşkil
edir.
Poemadakı maraqlı hekayələrdən biri də Çin gözəli Yəğmanazın söylədiyi «Xeyir və Şər»
əsəridir.
«Xeyir və Şər» məzmun hekayəsinin əsasını xeyirxahlıqla bədxahlığın, yaxşılıqla pisliyin
mübarizəsi təşkil edir. Xeyirxahlığı təmsil edən surətlər Xeyir, Kürd və kürdün qızıdır. Bədxahlıq
isə öz adına layiq olan Şərin timsalında verilmişdir. Hekayənin əvvəli Şərin bədxahlığı ilə
başlayır. O, qızmar səhrada susuzluqdan inləyən və ondan su diləyən Xeyirin gözlərini çıxardır,
su da verməyib çıxıb gedir. Xeyir təbiətinə xas olan sadəlikdən və açıqqəlblilikdən çıxılmaz
vəziyyətə düşür, səhrada kimsəsiz qalır. Lakin Şərin qələbəsi uzun çəkmir. Xeyirxah qüwələr
Xeyiri himayə edir, çətin vəziyyətdən qurtarırlar. Gözəl kürd qızı qum səhrada qan içində
çapalayan Xeyiri evlərinə gətirir, onun atası isə səndəl ağacının yarpaqlarından məlhəm
düzəldərək Xeyirin gözlərini sağaldır.
Xeyir də yaxşılığa yaxşılıqla cavab verir. O, kürdün bütün işlərinə kömək edir, can yandırır,
onun var-dövlətini daha da artırmağa çalışır. Kürd də Xeyirin nəcibliyini, mərdliyini görərək öz
yeganə qızını ona verir, onu bir övlad kimi qəbul edir.
Əsərdə xeyirxahlığın təntənəsi bununla bitmir. Xeyir yol üstündə şah qızının xəstə olduğunu
eşidərək səndəl ağacının yarpaqları vasitəsilə onu sağaldır.
«Xeyir və Şər» mənzum hekayəsindən çıxan yekun nəticə bundan ibarətdir ki, yer üzündə
xeyir həmişə qalib gələcək, şər isə ayaqlar altına düşəcəkdir. Məhz bu yüksək ideyasına görədir
ki, əsər bu gün də diqqət mərkəzindədir və oxucular tərəfindən sevilə-sevilə oxunur.
Nizami Gəncəvinin "Xeyir və şər" əsərində xehirxahlıq humanizmin ifadəsi kimi
Dünya ta əzəldən Xeyirlə Şərin mübarizəsi üzərində qurulub. işıq, aydınlıq xeyir
qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir. Şər qüvvələrin xisləti başqalarına
pislik etməkdir. Xeyir qüwələr isə heç vaxt çətinliyə düşən insanları darda qoymurlar, onlara
kömək əli uzadır, həyatlarını yüngülləşdirməyə can atırlar. Xeyir və Şərin əbədi mübarizəsi, bir
qayda olaraq, Xeyirin qələbəsi ilə başa çatır. Şərin aqibəti isə faciə ilə nəticələnir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi də özünün «Xeyir və Şər» mənzum hekayəsini bu
mövzuda qələmə almışdır. Çin qızının söylədiyi hekayənin əsas müsbət və mənfi
qəhrəmanlarının xarakteri onlara Tanrı tərəfindən verilən ada tam uyğun gəlir. Xeyir nə qədər
humanist və insanpərvərdirsə, Şər bir o qədər zalım və qəddardır, adı kimi yaramaz işlər
görməkdən həzz alır.
Əsərin süjet xətti Xeyirin humanistliyi ilə Şərin bədxahlığı üzərində qurulub. Hadisələr
inkişaf etdikcə Xeyirin qəlbinin, düşüncəsinin pisliklərdən uzaq olması, daim xeyirxah, humanist
hisslərlə yaşaması oxucuda nə qədər dərin rəğbət oyadırsa, Şərin qəddarlığı bir o qədər nifrət
doğurur. Xeyirlə Şərin xarakterləri düşdükləri çətin məqamlarda açılır. Tale onları yol yoldaşı
etmişdir. Onlar səhrada yan-yana yol gedirlər. Xeyirin qəlbi hər cür bədxahlıqdan uzaq olduğu
üçün yalnız müsbət hisslərlə yaşayır, yol yoldaşından əsla xəyanət gözləmir. Şərin xisləti isə
bunun əksinə olaraq pislikdən yoğrulub, o, bəd əməllər törətməkdən, başqalarına ziyan
vurmaqdan zövq alır, bunu həyatının məqsədi sanır.
Səhrada Xeyirin suyu qurtarır. O, ümid edir ki, yol yoldaşı su verib onu çətinlikdən xilas
edəcək. Lakin Şər ilk fürsət düşən kimi öz xislətini göstərir, ondan su istəyən Xeyirin gözlərini
çıxarır. Hətta bununla da ürəyi soyumur - su üstündə gözlərini çıxarıb həyat işığına həsrət
qoyduğu Xeyirə bir damla su vermədən onu tərk edir.
Lakin Tanrı Xeyiri çətinliklərlə sınasa da, son anda onu darda qoymur. Yaxınlıqdakı
bulaqdan su götürməyə gələn kürd qızı ona su verir, kömək edib evlərinə gətirir. Əhvalatdan
xəbər tutan kürd isə Xeyirin gözlərinə yenidən işıq bəxş edir. Beləliklə, əsərdəki digər müsbət
surətlərin xeyirxahlığı sayəsində Xeyir tam sağalıb ayağa durur.
Xeyirin sonrakı xeyirxah hərəkətləri də əsl humanistliyin ifadəsidir. O, şahın ölüm ayağında
olan qızını heç bir təmənna gözləmədən sağaldıb həyata qaytarır. Şah isə Xeyirin
insanpərvərliyini görüb məmləkəti idarə etməyi ona tapşırır. Beləliklə, Xeyir öz humanist
əməlləri sayəsində layiq olduğu zirvəyə yüksəlir.
Xeyir humanistliyinə axıradək sadiq qalır. Hətta o, səhrada gözlərini çıxartmış Şərlə
yenidən rastlaşanda da onu öldürmür, azad buraxır. Bu, oxucunun gözündə Xeyirin
humanistliyini daha da yüksəldir, ona rəğbəti artırır. Şər isə əsərin sonunda layiq olduğu şəkildə
cəzalandırılır. Etdiyi pisliklərin müqabilində yaşamağa haqqı çatmayan Şər məhv edilir.
Beləliklə, şair oxucunu Xeyirin Şər üzərində qələbəsinə inandırır. Həyatda da belədir.
insanlar ucalmaq, həyatlarını yüngülləşdirmək üçün birbirinə arxa olmalıdırlar. Nahaq demirlər
ki, bəşəriyyəti xeyirxahlıq, humanistlik xilas edəcək.
"Nurəddin" əsərinin təhlili
Görkəmli uşaq yazıçısı S.S.Axundovun «Qorxulu nağıllar» silsiləsindən qələmə aldığı
əsərlərdən biri də «Nurəddin» hekayəsidir. Hekayədə yazıçı yaxşılıqla yamanlığı, xeyincahlıqla
bədxahlığı üz-üzə qoymuşdur. Əsərdə hadisələr dramatik tərzdə inkişaf edərək xeyirxahlığın
qələbəsi ilə başa çatır. Hekayədə təsvir olunan Hacı Nəsir, Rəhim, Rəhimə, Bahar, Nurəddin
nəcib, xeyirxah insanlardırlar. Həyat onları çətinə saldıqda, sınağa çəkdikdə belə, onlar öz insani
keyfiyyətlərini qoruyub saxlayırlar. Gülpəri və Əmiraslan isə bədxahlığın təcəssümüdürlər.
ömür-gün yoldaşını itirən Hacı Nəsir yeganə övladına ana nəvazişi tapmaq üçün Gülpəri adında
qızla yenidən evlənir. Lakin bu dəfə onun bəxti gətirmir. Xasiyyəti çox tünd olan Gülpəri həm də
var-dövlət hərisidir. Gülpəri əri Hacı Nəsirin sağlığında balaca Nurəddini tez-tez döyür, incidir,
əri öldükdən sonra isə Nurəddini var-dövlətdən məhrum edib, ərinin varidatını bütünlüklə ələ
keçirməyi qarşısına məqsəd qoyur. O hətta, özü kimi mənfi tip olan Əmiraslanla birləşərək
Nurəddini öldürməyə belə razılıq verir. Bu iki mənfi tip məkrli plan qururlar. Onlar Nurəddini
çayda batırmaq istəkləri baş tutmadıqda uşağı quyuya salıb bu yolla aradan götürməyi
qərarlaşdırırlar. Gizləndiyi yerdə bu məkrli razılaşmaya qulaq asan Nurəddinin keçirdiyi hissləri
təsəvvürə gətirmək çətin deyil. Həmin anda xeyirxah qəlbli Nurəddinin gələcək taleyinə biganə
qala bilməyən oxucu da həyəcanlı anlar yaşayır.
Lakin Gülpərinin, Əmiraslanın bəd niyyəti əsərin balaca qəhrəmanı Nurəddini nə qədər
çətinliyə salsa da, xeyirxah insanlar onu ölümün pəncəsindən qurtarırlar. Valideynlərinin
ölümündən sonra Nurəddin həyatda tək qalmır, imamverdi baba, Bahar, Rəhim və Rəhimə kimi
xeyirxah insanlar ona kömək əli uzadır, dayaq durmağa çalışırlar.
Beləliklə, yazıçı göstərmək istəmişdir ki, xeyirxahlıq heç vaxt itmir. Nurəddinin xeyirxah
təbiətli atası həyatda həmişə başqalarına yaxşılıq etməyi özünə borc sanmışdır. O, imkan
daxilində çoxlarına əl tutmuşdur. Hacı Nəsirin yaxşılıqlarından bəhrələnənlərdən biri də
Rəhimdir. Quldurların soyğunçuluğu ilə üzləşən və ailəsinin dolanışığı üçün yığdığı pulu itirən
Rəhimə Hacı Nəsir əl tutur, ona dolanışıq üçün təmənnasız pul verir.
Əsərin sonunda atanın etdiyi yaxşılıq köməksiz qalmış oğlu Nurəddinin qarşısına çıxır.
Fayton qəzasına düşüb ciddi bədən xəsarəti alan Nurəddinə Rəhim və onun ömür-gün yoldaşı
Rəhimə hər cür qayğı göstərərək onu ölümün pəncəsindən qurtarırlar. Bundan sonra tale
Nurəddinin üzünə gülür. O, bu insanların timsalında öz xeyirxah himayədarlarını tapır.
Əsər ibrətamiz sonluqla bitir. Həyatda etdiyi pisliklər, bədxahlıqlar, var-dövlət hərisliyi sillə
kimi Gülpərinin üzünə çırpılır. ö z xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq
istəyən Gülpəri axırda köməksiz, ümidsiz, başqalarına möhtac qalır. Bu məqamda oxucu
Nurəddinin alicənablığının bir daha şahidi olur. Küçədə Gülpərini səfil, dilənçi vəziyyətdə görən
Nurəddin onun etdiyi pislikləri, zülm və cəfanı yada salmır, əksinə onu evə gətirib təqsirlərini
bağışladığını bildirir. Burada Rəhimin dediyi sözlər çox rəmzi səslənir.
- Yaxşılığın əvəzini yaxşılıqla çıxmaq hər kişinin işidir. Yamanlığın əvəzini yaxşılıqla
çıxmağı isə ancaq ər kişilər bacarırlar.
Nəyə görə mən öz vətənimi sevirəm?
Hər bir insana onun doğulduğu və böyüyüb boya-başa çatdığı diyar çox doğma və əzizdir.
Uşaqlığı xatırladan hər bir şey insana xüsusi sevinc bəxş edir. öz xalqının keçmişdəki ağır
günlərini yad edərkən, o zamanda qəhrəmanlıq göstərmiş mübarizlər haqqında söz deyərkən, öz
əziz diyarının və doğma vətəninin sevincli günlərini yad edərkən, qəlbində Vətən eşqi coşmayan
insan tapmaq çətindir.
Azərbaycan gözəl və çiçəklənən bir diyardır. O, dünyanın ən zəngin və səfalı yerlərindən
biridir. Ulu Tanrı bu diyara zəngin nemətlər bəxş etmişdir. Qara qızıl, ağ qızıl, yaşıl qızıl. Bizdə
nefti, pambığı və çayı belə adlandırırlar. Bütün bunlar respublikaya şöhrət, iqtisadiyyata isə
qüdrət gətirir.
Bakı respublikanın paytaxtı, Azərbaycanın ən böyük şəhəridir. Şəhərin adının mənası -
«küləklər şəhəri» deməkdir. Bakı qədim şəhərdir. İçərişəhər Bakının yanar ürəyidir. Bura başdan-
başa tarixi abidələrlə doludur: əzəmətli «Qız qalası», «Sınıq qala» minarəsi, «Cümə» məscidi,
«Həzrəti Məhəmməd» məscidi, Şirvanşahlar sarayı və s.
Bakının simvoluna çevrilən «Qız qalası» bütün dünyada məşhurdur. Şəhərə gələn turist
bukletlərinin üz qabığında bu valehedici qalanın təsviri olmalıdır.
Bakını dənizkənarı bulvarsız təsəvvür etmək mümkün deyil. Milli park adlanan bu istirahət
mərkəzi, şəhər sakinlərinin və qonaqların sevimli məkanıdır. Burada müxtəlif istirahət yerləri
qurulmuşdur. Yay kinoteatrı, idman kompleksləri, teatr, əl oyunları sarayı, mavi dənizə baxan
oturacaqlar və s. Buradan katerlər vasitəsilə mavi Xəzərə gəzintiyə çıxmaq olar. Bakı - ilk olaraq
neft şəhəridir, Zaqafqaziyanın ən iri neft sənaye şəhəridir.
Bakının üçyüz altmış kilometrliyində Gəncə şəhəri yerləşir. Bağlar və plantasiyalar burada
bolluca məhsul verir: üzüm, əncir, alma, armud, ərik, heyva və s. Gəncədə çoxlu sayda qədim
abidələr və muzeylər vardır. Gəncənin yaxınlığında Azərbaycanın ən iri qoruğu yerləşir.
Yuxarıda, dağlıq ərazidə əsrarəngiz Göygöl gölü yerləşmişdir.
Azərbaycanın digər səfalı guşəsi - Şəki şəhəridir. Qədim zamanlardan bu diyar öz ipək
məhsulları ilə ad çıxarmışdır. Şəkidə bir çox qədim minarəli məscidlər qorunub saxlanmışdır ki,
bu da turistlərin diqqətini çox çəkir.
Azərbaycan ərazisində ən gözəl çay növü isə Lənkəranda becərilir. Onlann içərisində ən
təravətlisi - «Azərbaycan buketi»dir. Lənkəran ərazisində bütün il boyu kələm şitili, erkən
xiyarlar və pomidorlar becərirlər. Burada həmçinin, feyxoa plantasiyaları, məşhur bulaqlar və
qoruqlar vardır.
Azərbaycanın gözəl mənzərəli diyarı olan Zaqatala - fındıq, qoz, subtropik bitkilər və gözəl
meyvələr vətənidir.
Azərbaycanda məskunlaşan xalqlar öz qonaqpərvərliyi, ürək genişliyi və səxavəti ilə ad
çıxarmışlar. Bu xeyirxah və mərhəmətli insanlar daim dostluq müqəddəsliyini uca tutmuş və hər
zaman köməyə gəlməyə çalışmışlar. Azərbaycanın elə guşəsi yoxdur ki, oranı gəzmək bizi
sevindirməsin.
Zəngin sərvəti və gözəl təbiətinə, faydalı iqliml və xeyirxah millətinə görə, mən öz sevimli
və əziz diyarımı dünyalar qədər istəyirəm.
Ana müqəddəs varlıqdır!
Heç bir şey qadını analıq sevgisi qədər
gözəlləşdirə bilməz. «Bir ana ürəyi dibində əfv
olan bir uçurumdur.» (Balzak)
Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir.
Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən
kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna
dözməz, quruyardı...
Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir:
«Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir.
Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım.
Peşman deyiləm. Heç şikayətim da yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam... Kaş
bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim.
Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb,
mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim...»
Bu yazını oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan,
uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək özü elə dünya işığından məhrum
olmaq deməkdir.
Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua
ilə qalxar, dua ilə enər, ana dodaqları dua ilə açılar, dua ilə yumular.
Uca peyğəmbərimiz də «Cənnət anaların ayaqları altındadır» deyib. Bununla da anaların
ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir.
Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət
verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə
baxmağı, susmağı, ədaləti ... hər şeyi öyrədir. Nə biliriksə hər şeydə Anaya borcluyuq.
Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir
yer, ana laylasından həzin bir musiqi yoxdur.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.
Sənətkarlarımız anaya olan sonsuz məhəbbətini müxtəlif sənət əsərlərində qələmə almışlar. C
Cabbarlının «Ana» şeirini xatırlatmaq kifayətdir ki, ana məhəbbətinin müqəddəsliyini tam
təsəwür edə biləsən.
Ana! Ana!. o adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir
mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət
qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.
Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq pərvanədir.
Dolanır başına daim övladın,
Ana müqəddəsdir, o təmiz qadın.
Ana məhəbbəti bir ümmandır, o övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər bir
çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.
Analarımız bizə həyatda əyilməməyi, məğrur olmağı öyrədir. Lakin gəlin hər birimiz
həyatda yalnız analarımız qarşısında əyilək, onlara baş əyək, onların qədrini bilək.
Dünyada heç bir ana mürgü döyməsin bu an
Qalxsın bütün analar sülh, səadət naminə
Gələcək nəsillərə gözəl həyat naminə. (N.Rəfibəyli)
Ana haqqı - Tanrı haqqı
Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər nəsli
yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı -
tanrı haqqı, ana qucağı - behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər
şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın
ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.
Ana məhəbbəti ən ülvi bir hiss kimi şifahi xalq yaradıcılığımızdan tutmuş, yazılı
ədəbiyyatımıza qədər bütün ədəbi nümunələrdə özünün geniş poetik əksini tapmışdır.
Sənətkarlarımız anaya olan dərin məhəbbətlərini müxtəlif sənət əsərlərində çox məharətlə ifadə
etmişlər. Təkcə Cəfər Cabbarlının «Ana» şeirini xatırlamaq kifayətdir ki, ana məhəbbətinin
müqəddəsliyi haqqında tam təsəvvür əldə edəsən. Bu lirik şeir, anaya həsr olunmuş ən böyük
himn, ən gözəl simfoniyadır.
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Görkəmli şairəmiz Nigar Rəfibəylinin yaradıcılığında qadın qəlbinin təmizliyi, ana
məhəbbətinin müqəddəsliyi motivləri çox qüvvətli səslənir. Ana əzəmətini hər şeydən üstün tutan
şairə, bu mövzuya aid ürəkləri riqqətə gətirən dərin məzmunlu şeirlər yaradır, anaların simasında
bütün qadınlığı, qadın şərəfini, qadın heysiyyətini müdafiəyə qalxır.
Şairənin ana obrazı onun öz şəxsiyyəti ilə birləşir. Lirik qəhrəmanın dili ilə demək istədiyi
fikirlər şairənin özünün ürəyindən qopan xoş niyyətli arzulardır. Şairə özü də bir ana kimi
bəşəriyyətin, ana övladlarımn müdafiəsinə qalxır, sülhü, əmin-amanlığı müdafiə edir,
müharibələrə, insan ölümünə səbəb olan amillərə nifrətlər yağdırır:
Sən anasan, mənim də analıq şərəfim var,
Anaların qəlbində birdir böyük duyğular.
Haray salıb qaldıraraq anaları yuxudan,
Dünyada heç bir ana mürgü döyməsin bu an.
Qalxsın bütün analar sülh, səadət naminə!
Gələcək nəsillərə gözəl həyat naminə!
Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir
müdrik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət
qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.
Ana məhəbbəti bir ümmandır. O, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir,
hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.
Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq bir pərvanədir.
Dolanır başına daim övladın,
Ana - müqəddəsdir, o, təmiz qadın!
"Qalx ayağa, Azərbaycan!" (M.Araz)
Qədim və ən şanlı tarixi olan Odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə
həmişə zəngin və səxavətli olmuşdur. Onun bitibtükənməyən qara qızılı, kəhrəba buğdası, dadlı-
ləzzətli meyvələri, sərin, səfalı yaylaqları hamını heyrətə gətirmişdir. Neçə-neçə xalqın görkəmli
elm və sənət xadimləri yurdumuzu qarış-qarış gəzmiş, bu möcüzələr aləminin gözəlliklərinə
vurğun kəsilərək, əsrlər boyu onu ürək və ilhamla tərənnüm etmişlər.
Bəli, təbiət öz bolluğunu və səxavətini heç vaxt bu torpaqdan əsirgəməmişdir. Bu torpağın
insanları da dost ürəkli, qonaqpərvərdirlər. Onlar son fikirlərini də dostla bölməyə, özləri çətinə
düşsələr də, başqasını çətinlikdən qurtarmağa hazırdırlar. Amma nə edəsən ki, təbiətin səxavəti,
yurdumuzun sərvəti, eləcə də xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə başımıza bəla olmuş,
çox vaxt dost dediyimiz kəslərdən naxələflik görmüşük. Çörəyimizi yeyib suyumuzu içən, üzdə
özünü dost kimi göstərib daxildə türkə qənim kəsilən alçaq xislətli erməniləri tanımamış, onların
xəbis niyyətlərindən xəbər tutmamışıq. «Böyük Ermənistan» xülyasına qapılan ermənilər Rusiya
imperiyasına arxalanaraq doğma yurdumuzun iyirmi faiz ərazisini qəsb etmiş, bir milyon
yurddaşımızı öz torpaqlarından qovaraq qaçqına çevirmişlər. Qarabağımıza, Cıdır düzünə, İsa
bulağına həsrət qalmışıq.
Əzilmişik, amma üzülməmişik. Qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq heç zaman
sına bilməz, əyilə bilməz. Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq,
əsl hərb meydanını düşmənə göstərəcəkdir. Ya odlara yanmalı, ya da Vətənimiz Azərbaycanın ən
dilbər guşəsi olan Qarabağı yağı əlindən xilas etməliyik. Ya şəhid olmalı, ya da Koroğlu
cəsarətini, Babək vüqarını düşmənə göstərməliyik.
Millətimiz öz yurdunda əsir-yesir,
Bu müsibət ürəklərdə sanki bir dağ,
Ayağa dur, Vətən oğlu, bayrağını
Düşməninin düz gözünün içinə çax!
Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, çox
tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaqdır. Bu
qələbədə isə biz də iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil
Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində
çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və
bizdən hünərlər gözləyir.
Mən Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə
hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Əgər bu ürək:
Vətənimçin lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpağına sərilməsə,
Demək o heç ürək deyil,
O heç mənə gərək deyil.
Aşıq Ələsgərin "Yaylaq" şeirində Azərbaycanın füsunkar təbiətinin təsviri
Qədim Azərbaycan torpağı Göyçə mahalının Ağkilsə kəndində yazıb yaradan qüdrətli sənətkar
Aşıq Ələsgər aşıq-saz sənətini ucaldaraq yüksək zirvəyə qaldırmışdır. Aşıq şeirinin bütün janrlarında
qələminin gücünü sınayan Aşıq Ələsgər dərin məna tutumuna malik, bir-birindən gözəl gəraylı,
qoşma, təcnis, cığalı təcnis, müxəmməs nümunələri yaratmışdır. Onun yaradıcılığında təbiət
mövzusu xüsusi yer tutur. O, doğma yurdun təbiətinin gözəlliyindən ilham almış və başı qarlı dağları,
yayda sərin yaylaqları, durna gözlü bulaqları, güllü-çiçəkli, al-əlvan çəmənləri sonsuz bir məhəbbətlə
tərənnüm etmişdir.
Aşıq Ələsgərin təbiət mövzusunda qələmə aldığı şeirlərdən biri də «Yaylaq» adlanır. Ustad aşıq
yaylağın timsalında doğma Azərbaycan təbiətinə dərin məhəbbətini şirin poetik dillə, rəngarəng bədii
vasitələrlə ifadə etmişdir. Şeirin əvvəlində yaylağı gözəllər seyrəngahına bənzədən aşıq ona üz
tutaraq qəlbinin dərinliklərindən gələn ən xoş, ən səmimi arzularını bildirir:
Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin.
Təzə mürgüzar ol, yaylaq!
Şeirdə aşığın dərin nisgili, həsrəti hiss olunur. Ancaq ustad sənətkar keçirdiyi iztirabları birbaşa
ifadə etmir, hisslərini oxucuya bədii ifadə vasitələri ilə çatdırır və bununla da şeirin təsir gücünü daha
da artırır.
Aşıq Ələsgərin nisgili başadüşüləndir. O, dəfələrlə erməni-müsəlman qarşıdurmasının şahidi
olmuşdur. Ermənilərin xalqımıza qarşı düşmən münasibəti bəsləmələri, azərbaycanlıları öz doğma
torpaqlarından zorla çıxarmaq üçün məkrli planlar hazırlamaları bütün varlığı ilə böyüyüb boyabaşa
çatdığı doğma yerlərə bağlı olan aşığın qəlbində dərin narahatlıq yaradır. Dədə-babalarımızın at
oynatdıqları, hər yay köç etdikləri yaylaq el sənətkarları üçün çox əzizdir. Bu yerlərin itirilməsi
təhlükəsi Aşıq Ələsgərdə dərin nisgil oyadır, yurd həsrəti onun varlığını təlatümə gətirir.
Bülbül gülün həsrətində qaldığı, «meyli güldə olduğu» kimi, Aşıq Ələsgərin də gözü yaylağın
siyah telində qalıb. Gözəllik aşiqi olan aşıq yaylağı özünə məhrəm, doğma, arxa sanır və ona üz
tutaraq deyir.
Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəxmar ol, yaylaq!
Şeir təsirli sonluqla tamamlanır. Aşıq yaylağı, buradakı gözəlliyi görəndən bəri «sinəsinin qəm
dəftəri» olduğunu söyləyir.
Təzadlı mənzərədir, deyilmi? Həmişə təbiətin gözəlliyindən ilham alaraq şeirlər yazan aşıq
yaylağın füsunkar gözəlliyi önündə sevinmək əvəzinə təsirlənir, onun qəlbini kədər bürüyür. Dədə
Ələsgər yad əllərin bu gözəlliyə toxunub onu poza biləcəyindən narahatdır. Aşıq şeiri belə
tamamlayır:
Öldür Aşıq Ələsgəri,
Özün günahkar ol, yaylaq!
Bu iki misranın məna yükü çox böyükdür. Aşıq burada əslində yaylağı günahlandırmaq istəmir,
əksinə təbiətə vurğunluğunu ifadə edərək yaylaqda, gözəlliklər qoynunda ölümə də hazır olduğunu
büruzə verir.
Oynaq, şirin dillə qələmə alınan şeir asan oxunur və onu oxuduqca göz önündə yurd yerlərinin,
ana təbiətin gözəllikləri canlanır. Aşıq gəraylıda özünün daxili aləmini, gərgin emosional-psixoloji
durumunu ifadə etməklə yanaşı, həm də sanki əlinə firça alaraq yaylağın təkrarsız mənzərəsini
tabloya köçürmüşdür.
8 sinif
Inşalar
İ.Əfəndiyevin "Xəncər" əsərinin təhlili
Azərbaycanın xalq yazıçısı ilyas Əfəndiyevin yaradıcılığında xalqımızın tarixi keçmişi və
azadlığı uğrunda apardığı mübarizə mövzusu mühüm yer tutur. Yazıçının «Xəncər» hekayəsi də
bu mövzuda qələmə alınmışdır.
Hekayədə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın Vətənin azadlığı uğrunda
apardıqları mübarizə, bu mübarizədə xalqın nümayəndələrinin göstərdikləri əzmkarlıq təsvir
olunur.
Əsərdəki hadisələr İranın kiçik bir şəhərində cərəyan etsə də, əslində Cənubi Azərbaycanda
yaşayan soydaşlarımızın müstəqillik uğrunda səngimək bilməyən mübarizəsinin
ümumiləşdirilmiş ifadəsidir. Vətən torpağı bir ildir ki, demokratların mübarizəsi sayəsində
millətçi fars rejiminin əsarətindən qurtulmuşdur. İran Azərbaycanında milli hökumət qurulub.
Dükanların üzərindən farsca lövhələr götürülüb, yerinə Azərbaycan dilində yazılmış lövhələr
asılıb, küçələrin adları dəyişdirilib. Adamlar «ana dili», «milli hökumət», «Azərbaycan»
sözlərini tez-tez və sonsuz qürurla təkrar edirlər. Müəllif insanların keçirdikləri hissləri belə ifadə
edir: «Elə bil ki, onlar bu sözlərin tələffüzündən sonsuz bir zövq duyurdular... Elə bil ki, onlar bu
sözlərlə öyünür, fəxr edirdilər. Səhər tezdən tacir və peşəkarlar «Azərbaycan» qəzetinin təzə
nömrəsini alıb oxumağa tələsirdilər».
Lakin xalqın bu sevinc hissi uzun sürmür. Fars şovinistləri milli hökuməti silah gücünə
devirirlər. Bundan sonra şəhərdə təqiblər başlanır, milli hərəkatın fəal üzvlərinə ağır işgəncələr
verilir.
Əsərdə hadisələrin mərkəzində gənc müəllimə Südabə dayanır. Fars millətçilərinin
azərbaycanlıların hüquqlarını tapdalamaları, onlara həqarətlə yanaşmaları bu gənc qızda milli
hisslərin alovlanmasına səbəb olmuşdur. Südabə hələ tələbə ikən bir məclisdə fars millətçiləri
tərəfindən aldadılır. Bu hadisə onun həyata baxışını dəyişir. O, milli mənsubiyyətinə görə
insanlara fərq qoyan fars millətçilərinə kəskin nifrət bəsləyir, Vətənini, xalqını azad görmək
istəyir. Gənc müəllimə şagirdlərini də bu ruhda tərbiyə etməyə çalışır. Südabədə vətənpərvərlik
hissi çox güclüdür. O, həyatı təhlükədə olanda belə atasının təkidi qarşısında geri çəkilmir, çətin,
ağır günlərdə də çox sevdiyi şagirdləri və xalqı ilə bir yerdə olmağa qərar verir. Südabə
müəllimənin son dərsində şagirdlərinə ünvanladığı sözlər onun çox yüksək iradi keyfiyyətlərə
malik olduğunu bir daha təsdiqləyir. Gənc müəllim onu edam etməyə aparmağa gəlmiş fars
zabitlərindən çəkinmədən deyir: «Vətənimiz uğrunda mübarizə edin!». Südabənin şagirdlərinə
dediyi bu sözlər əslində bütün xalqa ünvanlanıb. O, hamını ayağa qalxmağa, zülmə, istibdada
qarşı haqq mübarizəsinə səsləyir. Müəllif soydaşlarımızın fars millətçilərinə qarşı qəzəbini
müxtəlif vasitələrlə qabarıq şəkildə nəzərə çarpdırmışdır. Südabə müəllimənin şagirdi ildırımın
atasından qalmış qılıncı düşmənə qarşı istifadə etməsinin böyük rəmzi mənası var. Bu, bir
tərəfdən Südabə müəllimənin tərbiyəsinin hədər getmədiyini, onun çoxlu ardıcıllarının
yetişdiyini təsdiqləyir. Digər tərəfdən isə lldırımın fars zabitinə yönəltdiyi qılınc xalqın düşmənə
qarşı sıyrılmış qəzəbinin ifadəsidir.
İ.Əfəndiyevin böyük sənətkarlıqla qələmə aldığı «Xəncər» əsəri oxucuya dərin
vətənpərvərlik hissi aşılayır. Əsəri oxuduqdan sonra biz azadlığın hər bir xalq üçün necə böyük
xoşbəxtlik olduğunu daha dərindən dərk etdik. Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük
nailiyyətidir və hər birimiz onu göz bəbəyi kimi qorumağa çalışmalıyıq.
S.Rəhimovun "Pəri çınqılı" hekayəsinin təhlili
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Süleyman Rəhimovun
yaradıcılığından xalqımızın yadellilərə qarşı mübarizəsi mövzusu qırmızı xətlə keçir. Ədib xalq
qəhrəmanlarının haqsızlığa, ədalətsizliyə qarşı qeyri-bərabər döyüşlərdə göstərdikləri igidliyi şirin
dillə tərənnüm etmiş, onların oxucular tərəfındən sevilən bədii obrazlarını yaratmışdır.
Yazıçının «Pəri çınqılı» hekayəsinin mövzusu da xalqımızın qəhrəmanlıq tarixindən
götürülmüşdür. Əsərin əsas qəhrəmanı Qaçaq Nəbi xalqın içindən çıxan cəsur bir igiddir. Xalqını,
elini-obasını böyük məhəbbətlə sevən Qaçaq Nəbi çar ordusunun Azərbaycanda hökmranlıq etməsi
ilə barışa bilmir. Çar üsuli-idarəsinin yerlərdəki nümayəndələrinin, bəylərin əhali ilə sərt
davranmaları, ədalətsizliklərə yol vermələri, hər addımda haqsızlıqlar törətmələri Qaçaq Nəbini
silaha sarılmağa vadar edir. Hər cığırına, hər enişinə, yoxuşuna bələd olduğu dağlar, meşələr
qaçaqlıq taleyi yaşayan Nəbinin oylağıdır. O, çar ordusuna, var-dövlət hərisi olan yerli bəylərə qarşı
apardığı mübarizədə tək deyil. Onun başına özü kimi mərd, qorxmaz həmvətənlərindən ibarət çoxlu
sayda qaçaq cəm olmuşdur. ömür-gün yoldaşı Həcər də Nəbinin sadiq silahdaşlarındandır.
Azərbaycan qadınının xarakterik keyfıyyətlərini özündə birləşdirən Həcər «Kitabi-Dədə Qorqud»
eposundan, «Koroğlu» dastanından bizə bəlli olan kişi qeyrətli təəssübkeş qadın obrazlarını
xatırladır. Həcər sədaqətli ömür-gün yoldaşı olmaqla bərabər, həm də Nəbiyə etibarlı arxadır. O,
döyüş meydanlarında Nəbi ilə çiyin-çiyinə vuruşur, qəhrəmanlıqlar göstərir. Nəbinin özü Həcərin
mərdliyini, kişi qeyrətini yüksək qiymətləndirərək deyir:
Qoy sənə desinlər,
ay qaçaq Nəbi,
Həcəri özündən,
ay qoçaq Nəbi.
Əsər boyu yazıçı baş qəhrəmanın vəfalı dostu Bozatı da sevə-sevə tərənnüm edir. Bozat Nəbini
heç vaxt darda qoymur, onu ən çətin anlarda təhlükələrdən sovuşdurur.
Nəbinin və onun başına yığılan qaçaqların yeganə məqsədi əhalini çar üsuli-idarəsinin
təmsilçilərinin və yerli bəylərin zülmündən qurtarmaqdır. Onlar imkan düşən kimi rus qoşunlannın,
yerli bəylərin üstünə hücum çəkir, həmvətənlərinin qisasını alırlar.
Nəbinin igidliyi Nikolay padşahı bərk qorxudur. Qaçaqların rus qoşunlarına gözlənilməz
zərbələri onu «cana gətirir». Buna görə də Nikolay padşah Nəbini öldürənə, ya da onu diri-diri tutub
hüzuruna göndərənə kisəkisə qızıl vəd edir.
Əsərdə Zəngəzur naçalniki Səlim bəy padşahın tapşırığını yerinə yetirmək üçün dəridən-
qabıqdan çıxır, pristavlarını, koxalarını, yasovullarını yerindən tərpədib Nəbini izləyir. Bundan başqa,
Naxçıvan, irəvan naçalnikləri də Qaçaq Nəbinin ardınca adam salmışlar. Nəbi isə həmişə düşmən
hiylələrindən duyuq düşür. O, doğma dağlarda üstünə gələn bölükbölük əsgərləri, kazakları ağır
itkilərə məruz qoyaraq tez-tez yerini dəyişir.
Nəbinin və onun başının dəstəsinin şücaətləri xalq arasında qaçaqlara böyük hörmət
qazandırır. Onların şöhrəti hər yana yayılır. «EI-oba Nəbini öz gözünün didəsi kimi qoruyub
saxlayır». Yazıçı əhalinin Nəbiyə olan rəğbətini belə ifadə edir: «Qaf elində sinəsi qabaran hər kəs
Nəbidən danışırdı. Dağlarda tütək çalan çiyni yapıncılı çobanlardan çadırlarda dastan açan əli sazlı
aşıqlara qədər hamı Nəbinin şəninə söz qoşur, Həcəri tərifləyir, Aynalıdan söhbət salıb Bozatın
ildırım qaçarağını vəsf eyləyirdi».
Əsərdə diqqəti çəkən məqamlardan biri də yazıçının insanlardakı mərdlik və namərdlik kimi
keyfiyyətləri üz-üzə qoymasıdır. Xalq qəhrəmanı Nəbi mərdliyi, sözübütövlüyü sayəsində ucalmış,
şan-şöhrət tapmışdır. Xisləti namərdlik, arxadan zərbə vurmaq olanların yeri isə həyatın dibindədir.
Səlim bəyin rəzilliyi, Sarımsaq oğlunun faciəli aqibəti buna misaldır.
Yazıçı hekayəni nikbin sonluqla tamamlayır. Həmişə xalqı ilə bir olan, həyatda heç vaxt yadlara
əyilməyən Nəbi təhlükədən sağ-salamat qurtulur. Bu isə o deməkdir ki, xalq naminə çarpışan və
gücünü xalqdan alan qəhrəman yenilməzdir.